20-ci sahədə içməli su şəbəkəsi yenidən qurulur | 1news.az | Xəbərlər
Cəmiyyət

20-ci sahədə içməli su şəbəkəsi yenidən qurulur

15:47 - 21 / 05 / 2021
20-ci sahədə içməli su şəbəkəsi yenidən qurulur

“Azərsu” ASC Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqəsdilə layihələrin icrasını davam etdirir.

1news.az xəbər verir ki, bu barədə “Azərsu” məlumat yayıb.

Bildirilir ki, səhmdar cəmiyyətinin daxili imkanları hesabına Səbail rayonu 20-ci sahə yaşayış massivi Dəmirçilər adlanan ərazidə içməli su şəbəkəsinin yenidən qurulması işləri həyata keçirilir.

Dəmirçilər adlanan ərazidə mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud olmayıb. Su təchizatı əhali tərəfindən fərdi qaydada yaradılmış və tikinti normalarına uyğun gəlməyən şəbəkələr hesabına aparılıb. İstismar olunaraq yararsız vəziyyətə düşmüş su xətlərində tez-tez qəzalar baş verir və əhalinin içməli su təchizatında çətinliklər yaranırdı. İndiyədək sakinlər günaşırı olmaqla cəmi 2 saat içməli su ilə təmin olunurdu. Bəzi hallarda sakinlər suyu maşınlarla almaq məcburiyyətində qalırdı.

Bütün bunlar nəzərə alınaraq ərazidə yeni şəbəkənin yaradılmasına qərar verilib. Layihə çərçivəsində ərazidə 1 km-dən artıq içməli su şəbəkəsi yaradılıb və 150 fərdi yaşayış evi və obyektin şəbəkəyə qoşulması təmin edilib. Hazırda abonentlərin sayğaclarla təmin edilməsi işləri aparılır. Layihənin icrasının yaxın günlərdə tam başa çatdırılması nəzərdə tutulur.

Yeni layihənin icrasından sonra sakinlər artıq hər gün qrafikli rejimlə içməli su ilə təmin olunacaq. Yeri gəlmişkən, indiyədək əraziyə içməli su “Şimal” nasos stansiyasından verilirdi. Yeni şəbəkə “+220 Badamdar” su anbarından ayrılan xəttə qoşularaq su təminatı özüaxımlı rejimdə aparılacaq. Bu layihənin davamı olaraq 20-ci sahə yaşayış massivinin digər küçələrində də yenidənqurma, təmir-bərpa və tənzimləmə işləri davam etdiriləcək.

Qeyd edək ki, hazırda “Azərsu” ASC-nin daxili imkanları hesabına Səbail rayonu ilə yanaşı, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər rayonlarında, həmçinin regionlarda Hacıqabul, Saatlı, Tovuz, Biləsuvar rayonlarının kənd və qəsəbələrində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.

Paylaş:
296

Son xəbərlər

Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22
Bütün xəbərlər