“Bir ailənin taleyi: Xırdalanda 4 uşağın və ananın acınacaqlı vəziyyəti” - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bir ailənin taleyi: Xırdalanda 4 uşağın və ananın acınacaqlı vəziyyəti” - “Çıxışa doğru”da MÜZAKİRƏ

Qafar Ağayev10:44 - 21 / 05 / 2021
“Bir ailənin taleyi: Xırdalanda 4 uşağın və ananın acınacaqlı vəziyyəti” - “Çıxışa doğru”da MÜZAKİRƏ

Sosial şəbəkələrdə Xırdalan şəhərindəki məhəllələrin birində 4 uşağın çox pis şəraitdə, paltarsız yaşamaları ilə bağlı görüntülər yayılıb.

Məlumata görə uşaqların ən böyüyünün 6, ən kiçiyinin isə 1 yaşı var. Narkotik aludəçisi olan anaları isə yaxın vaxtlarda 5-ci övladını dünyaya gətirməyə hazırlaşır.

Paylaşımdan görünür ki, uşaqlar paltarsız halda küçədə oynayırlar. Videoda eyni zamanda uşaqların evi olduğu deyilən darısqal otaq da görüntülənib. Sözügedən yerin yaşamaq üçün heç bir şəraiti yoxdur...

1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Bir ailənin taleyi: Xırdalanda 4 uşağın və ananın acınacaqlı vəziyyəti” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Abşeron rayon İH-nin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hafiz Mikayılov, Ailə və uşaq psixoloqu Gülşən Rüstəmova, Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin hüquqşünası Fariz Əkbərov və "Yeni həyat " Humanitar və Sosial Dayaq İB-nin sədri Nailə İsmayılova mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
1751

Son xəbərlər

Bütün xəbərlər