Bazar günü 37 dərəcə isti olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bazar günü 37 dərəcə isti olacaq

S.Xankişiyeva12:16 - 22 / 05 / 2021
Bazar günü 37 dərəcə isti olacaq

Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açqılanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, mayın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 16-21 isti, gündüz 29-34 isti, Bakıda gecə 18-20 isti, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22 isti, gündüz 32-37 isti, dağlarda gecə 11-16 isti, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Paylaş:
361

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41
Bütün xəbərlər