Pandemiyadan ən çox zərər görən sahələr açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Pandemiyadan ən çox zərər görən sahələr açıqlanıb

17:52 - 24 / 05 / 2021
Pandemiyadan ən çox zərər görən sahələr açıqlanıb

Pandemiyadan ən çox zərər görən sahələr məlum olub.

1news.az-ın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

Rəydə bildirilib ki, məhdudlaşdırıcı tədbirlər nəticəsində ötən ilin II rübündən başlayaraq iqtisadi artım azalma ilə əvəz olunmağa başlayıb, I rüb istisna olmaqla, digər rüblərdə başlıca azaldıcı effekt ötürən sahələr arasında pandemiyanın birbaşa təsiri ilə mehmanxana və restoranlar, dolayı təsiri ilə isə mədənçıxarma sənayesi fərqlənib.

"Dövlət Statistika Komitəsinin məlumatları əsasında tərəfimizdən aparılan hesablamalara əsasən, I rübdə iqtisadi artım qeydə alınsa da, sonradan həyata keçirilmiş tədbirlər səbəbi ilə daxili və xarici tələbdə əhəmiyyətli sıxılma səbəbi ilə iqtisadi azalma özünün III rübündə ən pik səviyyəsinə çatıb.

Pandemiyadan ən çox təsirlənən alt sahələrdən olan mehmanxana və restoranlar II rübdə əvvəlki ilin müvafiq rübü ilə müqayisədə 70%-dən çox azalaraq, ÜDM-in azalmasına təsir edən əsas sahə olsa da, III və IV rüblərdə hasilatın azaldılması ilə əlaqədar olaraq, ən böyük neqativ təsir mədənçıxarma sənayesindən formalaşıb", - deyə rəydə qeyd olunub.

1news.az

Paylaş:
519

Son xəbərlər

Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22
Bütün xəbərlər