Azərbaycan beynəlxalq tədbirlərdə layiqli təmsil olunur - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan beynəlxalq tədbirlərdə layiqli təmsil olunur - FOTO - VİDEO

09:38 - 24 / 05 / 2021
Azərbaycan beynəlxalq tədbirlərdə layiqli təmsil olunur - FOTO - VİDEO

Avropa Şurasında Rusiya Federasiyasının üzvlüyünün 25 illiyinin qeyd olunması münasibətilə həyata keçirilən dövlət tədbirləri çərçivəsində 19 may 2021-ci il tarixində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (МGİМО) “Elektron ədliyyə: şəffaflıq, səmərəlilik və əlçatımlıq” mövzusunda beynəlxalq tədbir keçirilib.

Dünya miqyasında tanınmış siyasətçilərin formalaşmasında xüsusi yeri olan bu təhsil müəssisəsinin təşkil etdiyi tədbirdə Avropa Şurası adından azərbaycanlı hakim Ramin Qurbanov Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (SEPEJ/CEPEJ) rəhbəri qismində tədbiri açaraq mövzuya dair çıxış edib. Sözügedən iclasda açılış nitqi ilə Rusiya Hakimlər İttifaqının sədri Viktor Momotov, Avropa Şurasının rəsmiləri, o cümlədən Parlament Assambleyasının sədr müavini də iştirak etmişlər. İclasda Avropa İnsan Hüquqları Məhkəməsinin sabiq sədri professor Sicilianos Linos-Aleksandrın “İnsan Haqları üzrə Avropa Konvensiyası sistemində fərdi şikayətlər” adlı kitabının təqdimatı da aparılıb.

Eyni zamanda, hər il ənənəvi olaraq Rusiya Prezidentinin himayəsi altında 18-22 may 2021-ci il tarixlərində keçirilən Peterburq Beynəlxalq Hüquq Forumu çərçivəsində “Məhkəmə və ədliyyə sisteminin rəqəmsallaşdırılması” adlı sessiyasında Rusiya Federasiyası Ədliyyə Nazirliyinin rəhbərliyinin dəvəti ilə Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının rəhbəri Ramin Qurbanov çıxış edərək Avropa dövlətlərində elektron ədliyyənin tətbiq olunması vəziyyəti və bu sahədə əldə olunan nəticələr barədə məlumat verdi. Həmin sessiyada, həmçinin İrlandiya Məhkəmə Xidmətinin Baş direktoru Angela Denniq və digər rəsmilər iştirak edib.

Məlumat üçün bildiririk ki, sözügedən Forumda Avropa və MDB ölkələrinin dövlət xadimləri, ədliyyə, məhkəmə, prokurorluq və digər qurumların rəhbərləri, müxtəlif hüquq sahələrində tanınmış ekspertlər, görkəmli alimlər, habelə nüfuzlu hüquq şirkətlərinin və beynəlxalq təşkilatların rəsmi şəxsləri iştirak edib.

Reklam hüququnda

Paylaş:
729

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41
Bütün xəbərlər