Bu gün Azərbaycanda 10 nəfər koronavirusdan vəfat edib - STATİSTİKA
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 284 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 332894 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 321677 nəfər müalicə olunaraq sağalıb, 4877 nəfər vəfat edib, aktiv xəstə sayı 6340 nəfərdir.
Ölkədə son sutka ərzində 9825, hazırkı dövrədək isə 3468615 test aparılıb.
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlandı
835