Valideynləri tərəfindən fiziki zorakılıq və işgəncə görən uşaqları necə qorumalı? - “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO

Uşaq hüquqları bir çox beynəlxalq təşkilatlar və media orqanları tərəfindən ən çox nəzərə alınan mövhumlardan biridir. Bununla bağlı yüzlərlə qanunlar qəbul edilib, qətnamələr çıxarılıb.
Amma o da bir faktdır ki, zorakılığa uğrayan hər bir uşağı qorumaq mümkün deyil. Nə qədər önləyici tədbirlər görülsə də, uşaqlara qarşı hər il fiziki, psixoloji, cinsi zorakılıq faktları qeydə alınır.
Azərbaycanda da bu problem aktualdır.
Uşaqlarla işləyən vətəndaş cəmiyyəti nümyəndələrinin fikrincə, ölkədə uşaq müdafiəsi yetərincə təşkil edilməyib...
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Valdeynləri tərəfindən fiziki zorakılıq və işgəncə görən uşaqları necə qorumalı?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Ailə, Qadın,Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat Şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə, psixoloq Sevinc Əlizadə və Azərbaycan Dövlət Pedoqoji Universtetinin baş müəllimi Xalidə Həmidova mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: