Ramanada “Azəriqaz” əməkdaşlarına hücum oldu - Xəsasrət alanlar var - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramanada “Azəriqaz” əməkdaşlarına hücum oldu - Xəsasrət alanlar var - VİDEO

Qafar Ağayev17:40 - 25 / 05 / 2021
Ramanada “Azəriqaz” əməkdaşlarına hücum oldu - Xəsasrət alanlar var - VİDEO

“Azəriqaz” İstehsalat Birliyinin 4 əməkdaşına xəsarət yetirilib.

Qurumdan 1news.az-a verilən məlumata görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, 12-ci Mədən ərazisində baş verib.

"Azəriqaz" əməkdaşları xidməti fəaliyyətini həyata keçirərkən fiziki hücuma məruz qalıb. Onların arasında qrup rəhbəri kimi çalışan İlkin Əzizov daha çox xəsarət alıb. Abonentə onun evinin yanından keçən yeraltı qaz xəttində Birliyin vəsaiti hesabına təmir işləri aparılacağı bildirilib. Bundan başqa, həmin həyətdən keçən qaz xəttində qanunsuz birləşmə aşkarlanıb. Görüləcək işlərə mane olan Elnur Əliyev adlı şəxs Birliyin əməkdaşlarına hücum edib. Baş verənlərlə bağlı cinayət işi açılıb.

Paylaş:
636

Son xəbərlər

Bütün xəbərlər