Alimpaşa Məmmədovun darvaza korrupsiyası - 5 qat gəlir əldə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Alimpaşa Məmmədovun darvaza korrupsiyası - 5 qat gəlir əldə edib

11:12 - 25 / 05 / 2021
Alimpaşa Məmmədovun darvaza korrupsiyası - 5 qat gəlir əldə edib

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət ortaqlarının dairəsi getdikcə genişlənir. Başçı olduğu dövrdə, başçı təyinatına qədər Şəmkirin abadlaşdırılması işlərinə rəhbərlik etdiyi müddətdə mənimsədiyi pul vəsaitlərini Alimpaşa Məmmədov oğlu Adil Adilzadənin adına rəsmiləşdirib.

1news.az musavat.com-a istinadən xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovu bu ilin aprelində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilir.

DTX Şəmkir Rayon İcra Hakimiyyətində qurumun vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirib. Başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Alimpaşa Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan "Çinarlı Qəsəbə" MMC-nin bütün paylarını oğlu Adil Adilzadə və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus "Şəmkir Səbət Ticarət Mərkəzi" MMC-yə cəmi 40 manata satılmasını, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan "Abad Şəmkir" MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib.

Alimpaşa Məmmədovun Şəmkir ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı "Ağstafasutikinti" MMC-nin hesabına köçürülmüş 218 min manat külli miqdarda pul vəsaitini nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, onun Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsilə rüşvət qismində istəyərək almasına dair şübhələr müəyyən edilib.

Alimpaşa Məmmədovun həmçinin rayon icra hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min - 10 min manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar üzrə araşdırma aparılır. Eləcə də, onun mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə 832 min manat vəsaitin oğlu Adil Adilzadənin adına təsis etdiyi "Az Forel" MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Hazırda Alimpaşa Məmmədovun cinayət işi üzrə istintaq davam edir. "Yeni Müsavat"a daxil olan məlumata görə, uzun illər Alimpaşa Məmmədovun 1-ci müavini olmuş, hazırda Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan Qüdrət Məhərrəm oğlu Əliyev, Şəmkir Rayon İcra Hakimiyəti başçısı Aparatında Memarlıq və tikinti şöbəsinin müdiri İlqar Quliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Yaqub oğlu Mustafayev, başçı köməkçisi Mahir Əliyev da istintaqa cəlb olunublar.

"Park Kolizey" MTK-nın rəhbəri Famil Xəlilov da bu iş üzrə dindirilir. Onun da Şəmkirdəki tikinti maxinasiyalarına görə həbs oluna biləcəyi iddiası var. Məlumata görə, Alimpaşa Məmmədov rayonda tikinti monopoliyası yaradıb və qeyri-qanuni olaraq digər tikinti şirkətlərini rayona buraxmayıb. Ancaq xüsusi imtiyaza malik olan "Park Kolizey" MTK şəhərin ən görkəmli yerlərində çoxmərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmayan ərazilərdə də tikintilər aparıb. Belə ki, "20 Yanvar" abidəsinin ətrafında salınmış park sonradan hansısa yollarla çoxmərtəbəli yaşayış binasi üçün ayrılıb və artıq burada binanın tikintisi yekunlaşmaq üzrədir. Binanın tikintisinə icazə almaq üçün MTK rəhbəri Famil Xəlilov nə az-nə çox bir neçə çoxotaqlı mənzildən keçməli olub. Binanın bir mərtəbəsinin mənzillərini birləşdirərək Alimpaşa Məmmədova, 4 otaqlı bir mənzili rayonun baş memarı İlqar Quliyevə və digər aidiyyəti şəxslərə rüşvət olaraq verib. Bundan əlavə, Famil Xəlilov həmin parkın ərazisini almaq üçün Alimpaşa Məmmədova 1 milyon 300 min manat da pul veribmiş. Famil Xəlilov ilkin dindirilmə zamanı bunu etiraf edib.

Alimpaşa Məmmədovun Şəmkirə başçı təyin olunmazdan əvvəlki fəaliyyəti də maraq doğurur. 2010-2013-cü illərdə Alimpaşa Məmmədov keçmiş vergilər naziri Fazil Məmmədovun adamı olaraq Şəmkirə abadlıq işlərinin görülməsinə nəzarət üçün göndərilib. Bildirilir ki, hazırda araşdırmalardan kənar qalan o zaman kəsiyində Alimpaşa Məmmədov rayonun təmir-tikintisi üçün ayrılan vəsaitlərdən 15 milyon ələ keçirə bilib. Həmin illərdə Şəmkirdə bütün evlərin damları, darvazaları dəyişdirilib, arxlar, küçələr təmir olunub. Rəsmiləşdirmə işlərində min manata başa gələn 1 darvaza 6 min manata rəsmiləşdirilib. Şəmkirdə dəyişdirilən darvazaların sayı-hesabı yoxdur. Bu o deməkdir ki, Alimpaşa Məmmədov təkcə hər dəyişdirilən darvazaya görə 5 min manat ələ keçirə bilib. Əldə olunan vəsaitlər hesabına bu gün istintaq tərəfindən üzərinə həbs qoyulan varidat alınıb.

Hazırda istintaq davam edir.

1news.az

Paylaş:
297

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41
Bütün xəbərlər