Yaqut Qarayeva: “Rayonlarda müsbət diamika müşahidə olunur”
“Ən çox yoluxma əvvəlki kimi Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonundadır”.
1news.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
“Rayonlarda müsbət dinamika müşahidə olunur. Əvvəl vəziyyət elə də ürəkaçan deyildi, hətta bəzi rayonlarda lokal qapanmalara gedirdik. Hazırda isə vəziyyət yaxşılığa doğru gedir, yoluxma ilə bağlı müsbət dinamika müşahidə olunur”.
1news.az
248