Şahin Seyidzadə Abşeron Rayon Heydər Əliyev Mərkəzində qəbul keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahin Seyidzadə Abşeron Rayon Heydər Əliyev Mərkəzində qəbul keçirib - FOTO

S.Xankişiyeva12:50 - 25 / 05 / 2021
Şahin Seyidzadə Abşeron Rayon Heydər Əliyev Mərkəzində qəbul keçirib - FOTO

Milli Məclisin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə tərəfindən Abşeron Rayon Heydər Əliyev Mərkəzində fərdi vətəndaş qəbulu keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, may ayının 24-də 15 vətəndaşın iştirakı ilə keçirilən fərdi qəbullarda Abşeron rayonu üzrə Aşağı Güzdək, Qobu Hökməli qəsəbələri, Novxanı kəndi, Qobustan rayonu üzrə Çalov, Ərəbqədim və Yekəxana kənd sakinləri iştirak etmişdir.

Həyata keçirilən fərdi qəbulda içməli su, təbii qaz təminatı, infrastruktur, torpaq, kənd təsərrüfatı, nəqliyyat, hüquq və sosial təminat mövzuları ətrafında müraciətlər səsləndirilmişdir.

Paylaş:
2422

Son xəbərlər

Bütün xəbərlər