Şuşaya aparan qəhrəmanlıq yolu - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşaya aparan qəhrəmanlıq yolu - VİDEO

16:40 - 27 / 05 / 2021
Şuşaya aparan qəhrəmanlıq yolu - VİDEO

Möhlət Abbasov Daşaltı istiqamətində gedən döyüşlərdə şəhid olub.

1news.az Real TV-ə istinadən bildirir ki, xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Tarixə çevrilmiş qəhrəmanlarımızdan biri də Vətən müharibəsində şəhid olmuş Möhlət Abbasovdur. O, 2001ci il mart ayının 19-da Daşkəsən rayonunda doğulub, Gəncə şəhərində yaşayıb. 2018-ci ildə orta məktəbi bitiirb. 2019-cu ildə hərbi xidmətə yollanan Möhlətin Sürücülük keyfiyyətləri yüksək olduğu üçün xidmətinə sürücü kimi davam edib. 2020 ci ildə döyüşlərə qatılan qəhrəmanımız 44 günlük Vətən müharibəsinin 40-cı günün, anasının doğum günündə, Daşaltı istiqamətində gedən döyüşlərdə, sürücüsü olduğu hərbi texnika ilə öndə gedib yol açərkən düşmənin artileriya qurğusu ilə atdığı mərmidən qəhrəmancasına həlak olub və şəhadətinə ucalıb.

Qeyd edək ki, Şəhid Möhlət Abbasov doğulduğu Cəbrayıl rayonunda dəfn edilib. Onu tanıyanların söhbətinə sakitcə qulaq asmaq çətindir. Bu söhbətlər insanın varlığında qeyri-adi hisslər, ürəyində kövrək duyğular oyadır. İyirmi yaşlı qəhrəmanın ruhu qarşısında istər-istəməz baş əyirsən. Ruhun şad olsun Şəhidim.

1news.az

Paylaş:
540

Son xəbərlər

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİBBu gün, 14:38Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38BŞİH-də növbəti müşavirə keçirilibBu gün, 10:06Şuşaya növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:43Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19
Bütün xəbərlər