Bakının mərkəzi küçə və prospektləri bu tarixlərdə bağlı olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzi küçə və prospektləri bu tarixlərdə bağlı olacaq

Qafar Ağayev12:28 - 27 / 05 / 2021
Bakının mərkəzi küçə və prospektləri bu tarixlərdə bağlı olacaq

4-6 iyun 2021-ci il tarixlərində paytaxtımızda keçirilən Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat axınının idarə olunması üçün vahid fəaliyyət planı hazırlanıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH), Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) 1news.az-a verilən məlumata görə, əhalinin ictimai nəqliyyata əlçatanlığının və müntəzəm sərnişindaşımalarda fasiləsizliyin təmin olunması əsas faktor olaraq müəyyən edilib.

Vahid fəaliyyət planına əsasən, Formula 1 yarışının keçirilməsi ilə əlaqədar olaraq trekin keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 31 may, gecə saat 01:00-dan etibarən 8 iyun, səhər saat 06:00-dək dayandırılacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən yarış hazırlığı çərçivəsində əvvəlcədən trekdə planlaşdırılan kiçik miqyaslı işlər trek üzrə hərəkət tam məhdudlaşdırıldıqdan sonra həyata keçiriləcək.

Yarış həftəsinin bütün günlərində trekin keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkətinə nəzarət BŞDYPİ tərəfindən həyata keçiriləcək.

Eləcə də yaşayış ünvanı yol hərəkətinin müvəqqəti məhdudlaşdırıldığı ərazilərdə yerləşən şəhər sakinlərinə https://www.bakucitycircuit.com/az/faq səhifəsində əks olunan qaydalara uyğun olaraq yaşayış məntəqələrinə avtomobillə daxil olmaları üçün keçid vərəqləri təqdim olunur.

Məhdudiyyətin tətbiq olunduğu müddət ərzində 22 müntəzəm marşrut xətti üzrə - 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 59, 61, 65, 77, 88, 125, 127, 205, M3 və M7 nömrəli- avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək. Dəyişikliklər barədə ətraflı məlumatı qeyd olunan link vasitəsi ilə əldə etmək mümkündür. (http://www.bna.az/az/news/1318) Digər dəyişikləri isə BŞH-nin internet səhifəsindən www.bakucitycircuit.com əldə edə bilərsiniz.

Nəqliyyat vasitələri ilə yanaşı piyadaların da rahat, maneəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər görülüb. Belə ki, yarış həftəsi ərzində şəhər sakinləri trek ərazisində yerləşən yeraltı keçidlərdən və həmçinin trekin müəyyən yerlərində quraşdırılan yerüstü keçidlərdən istifadə edə biləcəklər. Bu yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin və Neftçilər prospekti ilə Rəşid Behbudov küçəsinin, Xaqani ilə Rəşid Behbudov küçələrinin və Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşir.

Bundan başqa, bu il Formula 1 yarışı tamaşaçısız keçirildiyi üçün dənizkənar bulvar ərazisi bağlı olmayacaq və şəhər sakinləri yarış həftəsinin bütün günlərində bu ərazidən gün boyu istifadə edə biləcəklər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi adından əhaliyə müraciət edərək müvəqqəti xarakter daşıyan dəyişiklikləri və məhdudiyyətləri anlayışla qəbul etmələrini xahiş edirik. Ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsi ilə şəhər mərkəzinə səyahət etməməyi, daha çox ictimai nəqliyyata üstünlük verilməsini tövsiyə edirik. Bu, yollarda hərəkətin maneəsiz təşkili eləcə də lüzumsuz sıxlıqların yaranmaması baxımından məqsədəuyğun davranışdır.

31 may səhər saat 06:00-dan Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunması da əhalinin ictimai nəqliyyat imkanlarının artırılması baxımından olduqca əhəmiyyətlidir.

Bir daha vətəndaşlarımıza bu cür mötəbər idman tədbirlərinin uğurla keçirilməsinə verdikləri dəstəyə və nümayiş etdirdikləri anlayışa görə təşəkkür edirik.

Paylaş:
423

Son xəbərlər

Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıbBu gün, 13:27Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıbBu gün, 13:19Payızda Heydər Əliyev Beynəlxalq Aeroportundən 80-dən çox istiqamətə səyahət imkanıBu gün, 13:01Yay tətili zamanı Bakıda hansı küçələr təmir edilib? - AAYDA açıqladıBu gün, 12:54İsti, yağış, qar - Sabahın havası açıqlandıBu gün, 12:42Kərim Vəliyev İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşübBu gün, 12:35“Olivia”nın yeni reklam çarxı bütün ölkəyə səs saldı – “S.O.S” fərqli təqdimatda - VİDEOBu gün, 12:30Kolleclərə direktorlar təyin olunubBu gün, 12:15“Gənclər heç kimin təsiri altına düşməməlidirlər”Bu gün, 12:10Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edibBu gün, 11:49Prezident Qarabağ Universitetinin tələbələri ilə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışıbBu gün, 11:41İlham Əliyev: “Bax, bütün bu amillər bir yerdə olanda, heç bir qüvvə o xalqın qabağında dura bilməz”Bu gün, 11:37Bakıda kirayə mənzil bazarında vəziyyət – Hansı hallar qiymətlərə təsir edə bilər?Bu gün, 11:26İlham Əliyev: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcəkBu gün, 11:18Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələri ilə bağlı iclas keçirəcəkBu gün, 11:16Bu gün Azərbaycanda Dövlət Suverenliyi GünüdürBu gün, 11:10Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 11:04
Bütün xəbərlər