AzTV HD yayıma başlayır – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

AzTV HD yayıma başlayır – VİDEO

S.Xankişiyeva10:59 - 29 / 05 / 2021
AzTV HD yayıma başlayır – VİDEO

Azərbaycan Televiziyası, İdman TV və “Mədəniyyət” kanalı HD formatına keçir.

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycan Televiziyasının modernləşdirilməsi üçün ölkə başçısı 2019-cu ildə İnvestisiya Fondundan vəsait ayrılması ilə bağlı fərman verib. Bu fərmanın əsasında artıq 65 yaşlı televiziya HD formatında yayıma başlayır.

Azərbaycan Televizası tərəfdaşı olan inteqrator şikəti ilə birlikdə mərkəzi aparat otağını sıfırdan layihələndirib. Yeni formatda yayımlanacaq efir otağını hazırlamaqla yanaşı televiziyanın əməkdaşlarına təlimlər də keçilib.

“SH BP” şirkətinin baş direktoru Elman İmanquliyev bildirib ki, HD formatına keçid üçün mərkəzi aparat otağı, efir aparat otağı tikilib. Onun sözlərinə görə, gələcəkdə bütün kanalı HD formatına keçirmək gücünə malik maş-zal hazırlanıb: “Həmçinin elə infrastruktur quruldu ki, bunun sayəsində bütün TV mərkəzini HD formatına keçirmək mümkün olacaq”.

Bundan başqa, mərkəzi server otağı üçün yanğınsondürmə balonları, təhlükəsizlik kameraları, avadanlıqların istiliyinin qarşısını almaq üçün kondisionerlər alınıb. Avtomatlaşdırılmış montaj sistemi də müasir televiziyanın tələblərinə cavab verəcək şəkildə yenidən qurulub.

Azərbaycan Televiziyasının texniki istehsalat birliyinin direktoru Elnur Əlizadə yeni texnologiyaların tətbiqinin, yeni aparaturaya keçidin özü ilə bərabər yeni tələblər də gətirdiyini deyir. Misal üçün, arxivləşdirmə, data transferi, digər spesifik sahələrdə yenidən işlər görülməlidir. Şəbəkə inftastrukturu yenilənməlidir. Yəni görüləcək işlər bununla bitmir: “Montaj stansiyaları artırılmalıdır. Yeni çəkiliş kameraları alınmalıdır. Bundan başqa, siz özünüz də bilirsiniz ki, çoxlu studiyalarımız, səyyar televiziya stansiyalarımız var. Onlar da inteqrasiya olunmalıdır. Çünki oradakı avadanlıqların çoxu ya istismar müddətini bitirib, ya da artıq mövcud tələblərə cavab vermir. Bizim də hədəflərimiz artıq perspektivdə bu istiqamətdə addımlamaqdır. Mərhələli şəkildə bu prosesləri həyata keçirmək lazımdır”.

Paylaş:
531

Son xəbərlər

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİBBu gün, 14:38Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38BŞİH-də növbəti müşavirə keçirilibBu gün, 10:06Şuşaya növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:43Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19
Bütün xəbərlər