Bu gündən bu qadağalar ləğv edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən bu qadağalar ləğv edilir

09:00 - 31 / 05 / 2021
Bu gündən bu qadağalar ləğv edilir

Ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində ölkədə karantin rejiminin yumşaldılması ilə bağlı növbəti qərarlar elan edilib.

1news.az xəbər verir ki, yumşaldılmaların bəziləri 2021-ci ilin mayın 31-dən və bəziləri isə iyunun 10-dan etibarən qüvvəyə minəcək.

Mayın 31-dən etibarən:

- Açıq havada maskadan istifadə tələbi ləğv edilir;

- Metro açılır;

- Rayonlara və şəhərlərə avtobusların fəaliyyəti bərpa edilir.

10 iyundan isə aşağıdakı yumşalmalar olacaq:

ibadət yerləri açılır;

- İri ticarət mərkəzləri açılır;

- Çimərliklər açılır, ötənilki qaydalarla tənzimlənəcək;

- İdman zallarının fəaliyyəti bərpa edilir, lakin COVİD pasportu olan, yəni vaksinasiyadan keçmiş şəxslər üçün.

- Azərbaycanda COVİD pasportu tətbiq olunacaq.

İki doza vurulanlara vaksin sertifikatı veriləcək. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVİD pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVİD pasportu tətbiq olunacaq.

1news.az

Paylaş:
1190

Son xəbərlər

Bütün xəbərlər