Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Moldovaya təhvil verib - Baş Prokurorluq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Moldovaya təhvil verib - Baş Prokurorluq

Qafar Ağayev15:11 - 31 / 05 / 2021
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Moldovaya təhvil verib - Baş Prokurorluq

Milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Moldova Respublikasının Baş Prokurorluğunun Azərbaycan Respublikası Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Moldova ərazisində cinayət törətmiş şəxs barəsində məhkəmə hökmünün icrasını təmin etmək məqsədilə onun Moldova hüquq mühafizə orqanlarına təhvil verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna sorğu daxil olub.

Baş Prokurluqdan 1news.az-a verilən məlumata görə, Moldova Respublikasının vətəndaşı, Soroka məhkəməsinin 27.10.2016-cı il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Maksim Preydanın – yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb edərək Soroka şəhərində yaşayan Muntyan Anjelanın evinə daxil olub oradan gizli olaraq külli miqdarda ziyan vurmaqla 245 min moldova leyi dəyərində əşyaları oğurlaması müəyyən edilib.

Maksim Preyda barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Moldova Baş Prokurorluğunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Maksim Preyda 31.05.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Moldovanın hüquq mühafizə orqanlarına təhvil verilib.

Paylaş:
450

Son xəbərlər

Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 1Bu gün, 14:21Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıbBu gün, 13:27Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıbBu gün, 13:19Payızda Heydər Əliyev Beynəlxalq Aeroportundən 80-dən çox istiqamətə səyahət imkanıBu gün, 13:01Yay tətili zamanı Bakıda hansı küçələr təmir edilib? - AAYDA açıqladıBu gün, 12:54İsti, yağış, qar - Sabahın havası açıqlandıBu gün, 12:42Kərim Vəliyev İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşübBu gün, 12:35“Olivia”nın yeni reklam çarxı bütün ölkəyə səs saldı – “S.O.S” fərqli təqdimatda - VİDEOBu gün, 12:30Kolleclərə direktorlar təyin olunubBu gün, 12:15“Gənclər heç kimin təsiri altına düşməməlidirlər”Bu gün, 12:10Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edibBu gün, 11:49Prezident Qarabağ Universitetinin tələbələri ilə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışıbBu gün, 11:41İlham Əliyev: “Bax, bütün bu amillər bir yerdə olanda, heç bir qüvvə o xalqın qabağında dura bilməz”Bu gün, 11:37
Bütün xəbərlər