Xocavənddə silah-sursat aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocavənddə silah-sursat aşkarlanıb - FOTO

Qafar Ağayev14:27 - 01 / 06 / 2021
Xocavənddə silah-sursat aşkarlanıb - FOTO

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən 12 ədəd avtomat, 1 ədəd qumbaratan və 1 ədəd əl qumbarası aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
423

Son xəbərlər

Bütün xəbərlər