Azərbaycanda iyunun 1-nə olan COVID-19 ilə bağlı vəziyyət açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda iyunun 1-nə olan COVID-19 ilə bağlı vəziyyət açıqlandı

Qafar Ağayev16:42 - 01 / 06 / 2021
Azərbaycanda iyunun 1-nə olan COVID-19 ilə bağlı vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 334132 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 325040 nəfər müalicə olunaraq sağalıb, 4921 nəfər vəfat edib, aktiv xəstə sayı 4171 nəfərdir.

Ölkədə son sutka ərzində 9649, hazırkı dövrədək isə 3523638 test aparılıb.

1 iyuna olan vaksinasiya STATİSTİKASI

Paylaş:
1322

Son xəbərlər

Bütün xəbərlər