Rusiya Azərbaycana müntəzəm uçuşların sayını artırır | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiya Azərbaycana müntəzəm uçuşların sayını artırır

10:58 - 01 / 06 / 2021
Rusiya Azərbaycana müntəzəm uçuşların sayını artırır

Rusiya iyunun 10-dan Azərbaycana müntəzəm uçuşların sayını artırır.

1news.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahından bildiriblər.

Məlumata əsasən, Rusiya həmçinin Yunanıstana, Ermənistana, Qətərə, Özbəkistana, Tacikistana, Misirə və Serbiyaya da həftəlik müntəzəm uçuşların sayını artırır.

Bundan əlavə, iyunun 10-dan Avstriya, Macarıstan, Livan, Lüksemburq, Mavriki, Mərakeş, Xorvatiya və Albaniya ilə müntəzəm beynəlxalq uçuşları bərpa edilir.

1news.az

Paylaş:
340

Son xəbərlər

Bütün xəbərlər