Abşeronda 50 yaşlı kişi özünü binadan atdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda 50 yaşlı kişi özünü binadan atdı

09:35 - 02 / 06 / 2021
Abşeronda 50 yaşlı kişi özünü binadan atdı

Abşeronda intihar hadisəsi baş verib.

1news.az APA-ya istinadən bildirir ki, hadisə Saray qəsəbəsində yerləşən hündürmərtəbəli binaların birində qeydə alınıb.

Hələlik şəxsiyyəti bilinməyən, təxminən 45-50 yaşlı kişi özünü binanın 14-cü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün morqa təhvil verilib. İntiharın səbəbləri və ölən şəxsin kimliyi araşdırılır.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

1news.az

Paylaş:
302

Son xəbərlər

Bütün xəbərlər