Nazirlər Kabinetindən ölkədaxili uçuşlarla bağlı yeni QƏRAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlər Kabinetindən ölkədaxili uçuşlarla bağlı yeni QƏRAR

Qafar Ağayev10:08 - 02 / 06 / 2021
Nazirlər Kabinetindən ölkədaxili uçuşlarla bağlı yeni QƏRAR

“Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da aşağıdakı dəyişikliklər edilib.

Nazirlər Kabinetindən 1news.az-a verilən məlumata görə, dəyişikliyə əsasən ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmur və ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürülür.

Ölkədaxili uçuşların sərnişinlərinin yalnız şəxsiyyət vəsiqəsinin (pasportunun) və müvafiq reys üçün biletinin mövcudluğu yoxlanılacaq.

Paylaş:
419

Son xəbərlər

Bütün xəbərlər