Azərbaycanda telefonu əlindən alınan qız özünü Kürə atdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda telefonu əlindən alınan qız özünü Kürə atdı

11:52 - 04 / 06 / 2021
Azərbaycanda telefonu əlindən alınan qız özünü Kürə atdı

Mingəçevirdə yeniyetmə intihara cəhd edib.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini, 2007-ci il təvəllüdlü Nuray Sayadova özünü Kür çayına ataraq intihar etmək istəyib.

N.Sayadova çayda balıq ovlayan şəhər sakini Elgin Əlicanov tərəfindən xilas edilərək sahilə çıxarılıb.

İlkin məlumata görə, yeniyetmənin intihara cəhd etməsinə ailə üzvlərinin mobil telefonunu əlindən alması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
472

Son xəbərlər

Bütün xəbərlər