Xalq artisti Xuraman Qasımova “İstiqlal” ordeni ilə təltif olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti Xuraman Qasımova “İstiqlal” ordeni ilə təltif olunub

15:13 - 05 / 06 / 2021
Xalq artisti Xuraman Qasımova “İstiqlal” ordeni ilə təltif olunub

İyunun 5-də Prezident İlham Əliyev Xalq artisti Xuraman Qasımovanın təltif edilməsi haqqında Sərəncam imzalayıb.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Sərəncama əsasən, Xuraman Qasımova Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilib.

Paylaş:
438

Son xəbərlər

Bütün xəbərlər