Azərbaycanda aktiv COVID-19 xəstəsi 2688 oldu - İyunun 7-nə olan STATİSTİKA
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 334747 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 327114 nəfər müalicə olunaraq sağalıb, 4945 nəfər vəfat edib, aktiv xəstə sayı 2688 nəfərdir.
Ölkədə son sutka ərzində 4673, hazırkı dövrədək isə 3572418 test aparılıb.
759