Təhsillə bağlı vacib qərarlar veriləcək - Nazir

“Cənab Prezidentin tapşırığı ilə bağlı bu günlərdə təhsillə əlaqədar bir sıra vacib qərarların verilməsi nəzərdə tutulub”.
1news.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin növbədənkənar iclasında deyib.
Nazir bildirib ki, təhsil sahəsi hökumətin prioritetlərindəndir: “Təhsil sahəsinə ayrılan vəsaiin həcmi hər il artır. 2020-ci ildə Ümum Daxili Məhsulun azalması baş vermişdi, bununla belə, xərclərin artırılması istiqamətində işlər davam etdirilməkdədir”.
Qafar Ağayev
302