Silk Way West Airlines əməkdaşları peşə bayramı münasibətilə təltif edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Silk Way West Airlines əməkdaşları peşə bayramı münasibətilə təltif edilib

14:00 - 08 / 06 / 2021
Silk Way West Airlines əməkdaşları peşə bayramı münasibətilə təltif edilib

2 iyun – Mülki aviasiya günü münasibətilə Silk Way West Airlines şirkətinin bir sıra əməkdaşları yüksək peşəkarlıq və əzmkar fəaliyyətlərinə görə təltif ediliblər.

Peşə bayramı ilə əlaqədar Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmri ilə şirkət əməkdaşlarına mükafatlar təqdim edilib. Beləliklə, Silk Way West Airlines əməkdaşları – uçuşların idarəedilməsi üzrə vitse-prezident Rasim Əşrəfov, Boeing 747-400 tipli HG-nin 2-ci pilotu Ruslan Bayramov, habelə şirkətin Silk Way Technics filialının aviasiya və radioelektron avadanlığı üzrə aviasiya texniki Anatoliy Yeremeyev “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Silk Way Group-un prezidenti Zaur Axundov mükafatlara layiq görülmüş əməkdaşları peşə bayramı münasibətilə şəxsən təbrik edib, mükafatları onlara təqdim edərək uğurlar arzulayıb.

“Milli aviasiyamızın uğurları və əməkdaşlarımızın nailiyyətləri bizi daim fərəhləndirir. Göstərdiyiniz yüksək əzmkarlıq və fədakar əməyə görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Hər birinizə peşə fəaliyyətinizdə yeni nailiyyətlər və uğurlar arzu edirəm!” - deyə Zaur Axundov əməkdaşlara müraciətində vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı il tarixli Fərmanı ilə 2 iyun tarixi mülki aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur.

2006-cı ilin iyul ayında təsis edilmiş Silk Way Group dinamik inkişaf edən şirkətlər qrupu olaraq Azərbaycan iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. 2019-cu ildə həyata keçirilmiş struktur dəyişikliyindən sonra Silk Way Group şirkətlər qrupunun tərkibində aviasiya yükdaşımaları və hava gəmilərinə texniki xidmət göstərən üç şirkət – Silk Way Airlines, Silk Way West Airlines və Silk Way Technics fəaliyyət göstərir.

Silk Way West Airlines Xəzər dənizi bölgəsinin ən böyük hava yolu yükdaşıma şirkətidir. 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə ayda 350-dən çox uçuş həyata keçirən Silk Way West Airlines 28 aprel 2021-ci il tarixində Boeing aviakonserni ilə beş ən müasir 777F yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. 420 min tondan çox illik yükdaşıma dövriyyəsi və 40-dan artıq istiqaməti əhatə edən şəbəkəsi ilə Silk Way West Airlines Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” adına layiq görülüb.

Silk Way Technics müxtəlif növ hava gəmilərinin cari təmiri və texniki baxışı üzrə geniş xidmətlər göstərir. Şirkətin hava gəmilərinə göstərdiyi texniki xidmət bir çox ölkələrin aviasiya qurumları tərəfindən qlobal miqyasda tanınıb.

Reklam hüququnda

Paylaş:
242

Son xəbərlər

“Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir”Bu gün, 14:37Prezident: İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi çox fəal dəstək mövqeyinə görə minnətdarıqBu gün, 14:34Sabahın HAVASI: temperatur 40 dərəcəni keçəcəkBu gün, 14:31Lavrov ATƏT-in Baş katibi ilə Qarabağı müzakirə edəcəkBu gün, 14:18Bakıda 20 məktəb direktoru işdən çıxarılıbBu gün, 14:05İşğaldan azad edilən ərazilərdə məscidlərin bərpasına başlanılıbBu gün, 13:49Goranboyda yol tikintisinə 13.5 milyon manat ayrılıbBu gün, 13:32Nazir: İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tətbiqi müsbət nəticələr verirBu gün, 13:26Nazirdən şəhid ailələri və qazilərin məşğulluğu ilə bağlı MÜRACİƏTBu gün, 13:09Laçın rayonunun Qalaça kəndi - VİDEOBu gün, 12:56Qələbə günü şəhid olan qəhrəman - VİDEOBu gün, 12:55İlham Əliyev Pakistanın Quru Qoşunlarının komandanını qəbul edibBu gün, 12:40Prezident İlham Əliyev Qazaxıstanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 12:38Erməni terrorçularından ibarət 13 nəfərlik qrupun məhkəməsi başlayıbBu gün, 12:31Dünya birjalarında neftin bu günə olan qiymətiBu gün, 12:27Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri ilə görüşübBu gün, 12:10Bakı məktəblərində işə qəbul müsabiqəsi üçün test imtahanının vaxtı bəlli olubBu gün, 12:00Ermənistanın Laçında meşələri məhv etməsi ilə bağlı cinayət işi başlanıbBu gün, 11:44Qadın futbolçu bu hərəkəti ilə sosial mediada fenomen oldu - VİDEOBu gün, 11:40Əməliyyat keçirildi - Sosial şəbəkələrdə onlayn narkotik satan 27 nəfər saxlanıldı - FOTO - VİDEOBu gün, 11:17
Bütün xəbərlər

Next TV