Mustafa Çeçelinin konsert verdiyi restoranın sahibi cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mustafa Çeçelinin konsert verdiyi restoranın sahibi cərimələnib

Qafar Ağayev14:41 - 08 / 06 / 2021
Mustafa Çeçelinin konsert verdiyi restoranın sahibi cərimələnib

Daxili İşlər Nazirliyi (DİN) “İstanbul Meyhane Bilgah” restoranında keçirilən konsert proqramı ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

DİN-in Mətbuat xidmətin 1news.az-a bildirib ki, Türkiyənin məşhur müğənnisi Mustafa Çeçelinin paytaxt ərazisində keçirdiyi konsert proqramında karantin qaydalarının kobud şəkildə pozulmasına görə restoran sahibi cəzalandırılıb.

O qeyd edib ki, iyunun 5-də Sabunçu rayon Bilgəh qəsəbəsində yerləşən “İstanbul Meyhane Bilgah” restoranının açılışı ilə əlaqədar konsert proqramı təşkil olunub və xüsusi karantin rejimi pozulub:

“Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirin qarşısı alınıb. Restoranın sahibi və konsertin təşkilatçısı Bürhan Abdullazadə barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə o, 4 min manat cərimə edilib.

Paylaş:
1506

Son xəbərlər

Bütün xəbərlər