Qənirə Paşayeva məmurları tənqid etdi: “Qaldıracağım məsələni seçicilərim müəyyən edir”

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsi şəhid ailəsinin müraciətinə baxılmadığına görə məmurları sərt təndiq edib.
1news.az xəbər verir ki, deputat bu barədə Milli Məclisin iclasında çıxış edib:
“Adamın övladı şəhid olub, özü də Birinci Qarabağ müharibəsi əlilidir. İstəyir ki, məhkəmənin qərarı yerinə yetirilsin. Məmurlar mənə deyirlər ki, Qənirə xanım, bu məsələni Milli Məclisdə 3 dəfə qaldırmısınız, daha qaldırmayın. Mənim qaldıracağım məsələni hansısa məmur yox, seçicilərim müəyyən edir. Qurumlardan cavab ala bilmirəm, ona görə dəfələrlə məsələni qaldırmalı oluram”.
Qafar Ağayev
456