Bu gündən Azərbaycanda bu qadağalar ləğv olunur - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən Azərbaycanda bu qadağalar ləğv olunur - SİYAHI

09:08 - 10 / 06 / 2021
Bu gündən Azərbaycanda bu qadağalar ləğv olunur - SİYAHI

Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il 31 may tarixindən başlayaraq xüsusi karantin rejiminin tədricən yumşaldılmasına başlayıb və yumşalmaya dair qəbul edilmiş qərarların növbəti qrupu iyunun 10-dan etibarən tətbiq olunmağa başlayır.

1news.az bildirir ki, bu gündən etibarən ibadət yerləri, iri ticarət mərkəzləri və çimərliklər açılacaq.

Eyni zamanda idman zallarının fəaliyyəti də bərpa ediləcək. Lakin COVID pasportu olan, yəni rəsmi sertifikatla vaksinasiyadan keçdiyi yaxud COVID-19-a yoluxduqdan sonra immuniteti yarandığı təsdiqlənən şəxslər idman zalları və ibadət ocaqlarına gedə biləcək.

Məlumat üçün bildirək ki, COVID-19 pasportunun iki növü var: "COVID-19 vaksin sertifikatı" və "COVID-19 immunitet sertifikatı". "COVID-19 vaksin sertifikatı" COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), "COVID-19 immunitet sertifikatı" isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir.

Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin "Şəxsi Kabinetə giriş" (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə "MyGov" portalına da inteqrasiya edilmişdir. Burada "ASAN Login" sisteminə istifadəçi FİN-i, "Asan İmza", Elektron imza və ya BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra açılan pəncərədə "Digər xidmətlər" bölməsi seçilməlidir.

"Digər xidmətlər" bölməsi seçildikdə ekranda "COVID-19 vaksin sertifikatı" və ya "COVID-19 immunitet sertifikatı" seçimləri əks olunur. Əgər vətəndaş vaksin olunubsa, "COVID-19 vaksin sertifikatı" seçimini etməlidir. Xəstəliyə yoluxub sağalmış şəxs isə "COVID-19 immunitet sertifikatı" seçimini etməlidir.

Bu zaman təqdim olunan COVID-19 pasportunu elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar. Qeyd edək ki, COVID-19 pasportunun doğruluğunun sənəddə əks olunan "QR Code" vasitəsi ilə yoxlanılması da mümkündür. Əlavə olaraq bildirək ki, vətəndaşlar COVID-19 pasportunu "E-Təbib" mobil tətbiqi vasitəsi ilə də əldə edə bilərlər.

1news.az

Paylaş:
1227

Son xəbərlər

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45
Bütün xəbərlər