“Yol hərəkət iştirakçılarının təhlükəsizliyi: sürücü və sərnişin mədəniyyəti” – “Çıxışa doğru”da MÜZAKİRƏ
Paytaxtın yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin etibarlı təminatı, ləngimələri yaradan hallar üzrə müşahidə olunan xətaların aradan qaldırılması diqqət mərkəzindədir.
Hər bir hərəkət iştirakçısı təkcə qanun qadağaları ilə yox, həm də mənəvi məsuliyyətini aydın dərk etməlidir ki, dayanma, durma və parklanma qaydalarının pozulması, yollarda sıxlıq, tıxaclar və ləngimələr yaradır.
"Sürücü və piyadaların “tələsirəm, görmədim, bilmədim, xəstəm var, adam gözləyirəm – bir dəqiqəyə gəlir, uşaq məktəbdə qalıb, yolu tanımıram, dərman alıram”, - deyə-deyə dayanma, durma və parklanma qaydalarını pozması yollarda gündəlik vərdişə çevrilib. Başqa müşahidə olunan hallar da var.
Məsələn, dayanma, durma və parklanma qaydalarını pozmaqla, nəqliyyat vasitəsini tərk edərkən mütləq avtomobilin salonunda “keşikçi-sərnişin” təyin edir. Bu keşikçinin məqsədi tərəfimizdən nəqliyyat vasitəsinin evakuasiya olunmasının qarşısını amaq, “bu dəqiqə gəlir” - deməkdən ibarət olur", - deyə mütəxəssislər bildirir...
1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Yol hərəkət iştirakçılarının təhlükəsizliyi: sürücü və sərnişin mədəniyyəti” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – BNA yanında ictimai şuranın üzvü İmaməddin Quliyev, sürücü Ərəstun Səmədov, nəqliyyat ekspertləri Aqil Rəhimov və Rauf Ağamirzəyev mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: