Xırdalanda sex yandı - VİDEO
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sexdə yanğın baş verib.
1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 100kv.m. olan mebel sexində baş vermiş yanğın havanın küləkli və yayılma riskinin yüksək olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 100kv.m. olan mebel sexi 45kv.m. sahədə yanıb.
Sexin qalan hissəsi və bitişik yerləşən digər sex yanğından mühafizə olunub.
52