“Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılışı olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılışı olub - FOTO

Qafar Ağayev13:06 - 11 / 06 / 2021
“Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılışı olub - FOTO

Ümumdünya Ətraf Mühit Günü münasibəti ilə İsveçin Azərbaycandakı səfirliyi “Azərxalça” ASC və Daş Salnamə Muzeyi ilə birlikdə “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılışını keçirib.

1news.az xəbər verir ki, sərgi İsveç İnstitutu tərəfindən tədqiqatçılar və moda mütəxəssisləri ilə birlikdə hazırlanıb. Moda sənayesinin əsas problemlərinin işıqlandırıldığı sərgidə daha dayanıqlı gələcək üçün İsveçdə irəli sürülən həll yolları və təşəbbüslər nümayiş olunub.

Tədbirdə çıxış edən “Azərxalça”nın İdarə Heyətinin sədri Emin Məmmədov ölkəmizdə xalçaçılığa olan marağın artdığını söyləyib. O, bildirib ki, səhmdar cəmiyyətinin Azərbaycan üzrə fəaliyyət göstərən 21 emalatxanasında 1 300-dən çox toxucu çalışır: "Azərbaycan xalçası bizim mədəniyyətimiz, tariximiz və gələcəyimizdir. Buna görə də “Azərxalça” gənc və istedadlı rəssamlarla əlaqələr qurur və yeni çeşnilərin yaradılması istiqamətində işlər görür".

İsveçin Azərbaycandakı səfiri Kristian Kamill tədbirin əhəmiyyətindən və moda sənayesinin ətraf mühitə təsirindən danışıb. Səfir deyib ki, moda sənayesi dünyada ətraf mühiti ən çox çirkləndirən sahələrdən biridir: “Hər il dünyada istehlak etdiyimiz 62 milyon ton geyimin yalnız 20%-ni təkrar istifadə və yaxud təkrar emal edirik. Sərgi həm istehsalçıların, həm də istehlakçıların paltarların və onların komponentlərinin təmirini, təkrar hazırlanmasını, təkrar istifadəsini və təkrar emalını maksimum dərəcədə artırmaqla moda sənayesinin ətraf mühitə arzuolunmaz təsirlərini minimuma endirə biləcəyi yolları izah edir”.

Tədbirdə, həmçinin Azərbaycan xalçalarının yeni yaradılmış dizayn nümunələri rəqəmsal formatda nümayiş olunub. Azərbaycanlı rəssam Orxan Məmmədovun söylədiyi kimi onun təqdim etdiyi çeşnilər kompüter vasitəsilə yaratdığı xüsusi alqoritmlərin sayəsində ərsəyə gəlib: “Süni intellekt modelini hazırladım və bu süni intellekt bütün Azərbaycan xalça modellərini araşdıraraq onların ortaq nöqtələrini tapıb, sonsuz sayda yeni xalça eskizləri generasiya edir. Xalçaçılıq sənəti Lətif Kərimovun vaxtında inkişaf edərək müəyyən səviyyəyə çatdı. Bu sənətə yeni prizmadan baxmağa çalışıram”.

Sərgidə qonaq rəssamlar Lüdmila Kristeseva (İsveç) və Günel Ravilovanın (Azərbaycan) əsərləri də nümayiş olunub. Onlar multimediya dialoqu ilə moda, tekstil və ekologiya mövzusunda iki fərqli perspektiv təqdim edərək, qadının şəxsiyyət kimi formalaşmasında tekstilin rolunu təyin etməyə çalışıblar.

Nailə Dadaşova isə öz işlərində Azərbaycan xalça sənətinin zənginliyindən istifadə edib. Dizayner Qarabağ kiliminin hissələrindən, eləcə də xalça ornamentlərindən geyimlərində detallar kimi istifadə edib. Onun əl işlərinin birində “qurama” texnikası ilə tikilmiş şal görmək olar. Bu texnika çox qənaətcil və eyni zamanda gözəl olan kiçik parça hissələrindən bütöv geyim və əşyalar yaratmağa imkan verir.

Sərgi iyulun 9-a qədər açıq olacaq.

Paylaş:
514

Son xəbərlər

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar12 / 10 / 2024, 18:10Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO12 / 10 / 2024, 17:44Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 10 / 2024, 17:06Mingəçevirdə oğul atasını döyərək öldürüb12 / 10 / 2024, 16:36Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb12 / 10 / 2024, 16:01Rəsmi Bakıdan Paşinyana cavab12 / 10 / 2024, 15:13Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir12 / 10 / 2024, 14:44Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb12 / 10 / 2024, 14:23Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib12 / 10 / 2024, 14:04Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb12 / 10 / 2024, 13:42FHN: Ötən sutka 27 yanğına çıxış olub12 / 10 / 2024, 13:18Dünya bazarlarında qızıl və gümüş bahalaşıb12 / 10 / 2024, 12:56Bazar gününün hava proqnozu12 / 10 / 2024, 12:39Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib12 / 10 / 2024, 12:13Azərbaycan nefti bahalaşıb12 / 10 / 2024, 11:47İlham Əliyev İspaniya Kralını təbrik edib12 / 10 / 2024, 11:34ASCO-nun yeni “Handysize” tipli yük gəmisi “Murovdağ” adlandırılacaq12 / 10 / 2024, 11:25“Bakı COP fərqli və effektiv platforma olacaq”12 / 10 / 2024, 11:19Şimşək çaxıb, arabir leysan yağış yağıb - FAKTİKİ HAVA12 / 10 / 2024, 11:03Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb12 / 10 / 2024, 10:39
Bütün xəbərlər