Müharibə əlilləri bu rüsumlardan azad ediləcəklər | 1news.az | Xəbərlər
Cəmiyyət

Müharibə əlilləri bu rüsumlardan azad ediləcəklər

14:32 - 11 / 06 / 2021
Müharibə əlilləri bu rüsumlardan azad ediləcəklər

Müharibə əlillərinə yeni güzəştlər tətbiq olunacaq.

1news.az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəmədə verilən iddialar, mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

1news.az

Paylaş:
469

Son xəbərlər

Bütün xəbərlər