Dövlət Vergi Xidməti yeni ünvanda fəaliyyətə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Vergi Xidməti yeni ünvanda fəaliyyətə başlayıb

Qafar Ağayev12:13 - 11 / 06 / 2021
Dövlət Vergi Xidməti yeni ünvanda fəaliyyətə başlayıb

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatı artıq yeni – AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 155 ünvanında yerləşən inzibati binada fəaliyyətə başlayıb.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən 1news.az-a bildirilib ki, qurumun aparatına kağız daşıyıcıda təqdim etməli olunan sənədlərin (müraciətlərin) yeni inzibati binanın ünvanına - AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 155 ünvanına göndərilməsi xahiş olunur.

Paylaş:
953

Son xəbərlər

Bütün xəbərlər