Yol polisi Bakı sakinlərinə müraciət etdi: Bu küçələr bağlıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisi Bakı sakinlərinə müraciət etdi: Bu küçələr bağlıdır

16:00 - 12 / 06 / 2021
Yol polisi Bakı sakinlərinə müraciət etdi: Bu küçələr bağlıdır

Bakı Olimpiya Stadionu istiqamətində kəsişən, bitisən və paralel olan istiqamətlərdə avtomobillərin hərəkətinə tamamilə məhdudiyyət qoyulub.

1news.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O, bildirib ki, Avropa Stadionu istiqamətinə azarkeşlərin, iştirakçıların, oyunçuların və qonaqların hərəkəti yalnız xüsusi ayrılan ictimai nəqliyyat vasitələri ilə həyata keçiriləcək.

"Əvvəlcədən də verdiyimiz məlumat əsasında paytaxtın Səməd Vurğun parkının qarşısı və "Qara Qarayev" metrosunun ətrafından hərəkət edən xüsusi ictimai nəqliyyat vasitəsi ilə tamaşaçıların daşıması həyata keçiriləcək.

Bundan başqa, azarkeşlər və iştirakçılar "Koroğlu" metro stansiyasından piyada olaraq Olimpiya stadionu istiqamətində sərbəst hərəkət edə biləcəklər. Həmçinin onu da vurğulayaq ki, oyunların təhlükəsizliyinin qorunması üçün polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və Olimpiya stadionu ilə ona bitişik ərazilər polis tərəfindən tam nəzarət götürülüb".

Bölmə rəisi sürücülərin və azarkeşlərə müraciət edərək qeyd olunan istiqamətlər üzrə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyünü nəzərə alaraq yalnız müəyyən olunmuş istiqamətlərdə hərəkətə üstünlük verməyə çağırıb: "Ölkəmizdə baş tutan oyunların əhəmiyyətini nəzərə alaraq hər bir vətəndaşı polislə həmrəy olmağa səsləyirik. Vətəndaşlardan polis kimi deyil bir vətəndaş kimi xahiş edirik ki, hər hansı bir foto ya videonu çəkib paylaşarkən son dərəcə diqqətli olsunlar. Çalışaq ki, ölkəmizə gələn qonaqların yaddaşlarında gözəl xatirələr buraxaq".

1news.az

Paylaş:
128

Son xəbərlər

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıbBu gün, 18:01Prezident İlham Əliyev AK Partiya sədrinin birinci müavinini qəbul edibBu gün, 18:00“YAŞAT” Fondu şəhid ailələrinin məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə işləri davam etdirir - VİDEOBu gün, 17:58ADA-nın “Yay düşərgəsi” Azercell-də! - FOTOBu gün, 17:45“Patı”dan istifadə hallarının artmasının səbəbi açıqlanıbBu gün, 17:43Bərbərxana və gözəllik salonlarında müştərilərdən COVID-19 pasportu tələb olunacaq?Bu gün, 17:36Döyüşlərin getməsi barədə məlumatların heç bir əsası yoxdur - MNBu gün, 17:21FHN-dən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏTBu gün, 17:18Dövlət Dəniz Agentliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edibBu gün, 16:55Ötən gün koronavirus əleyhinə 432 vaksin vurulub - STATİSTİKABu gün, 16:46Koronavirus Azərbaycanda: 272 yoluxan, 3 ölən var - STATİSTİKABu gün, 16:43“Teatr və kinoteatrların açılması müzakirə olunur”Bu gün, 16:29Peyvənd oluna bilməyən şəxslərə əks-göstəriş sertifikatı veriləcəkBu gün, 16:23Yeni ailə quranlara vaksinasiya olunmaq tövsiyə edilir - TƏBİB rəsmisiBu gün, 16:19“Nar+” tətbiqi ilə abunəçilər balanslarını avtomatik artıra biləcəklərBu gün, 16:14AZAL-ın təyyarələri Qarabağ səmasında ilk dəfə radioçağırış siqnalları alıbBu gün, 16:12Prezidentin köməkçisi: “Epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq”Bu gün, 15:56Tələbə köçürülməsi üçün sənəd qəbulunun vaxtı uzadılıbBu gün, 15:43Şahmar Mövsümov vətəndaşlara çağırış etdiBu gün, 15:31“İrəli” rebrendinq keçirib - FOTOBu gün, 15:26
Bütün xəbərlər

Next TV