Nazir “Son zəng”i Goranboyun Tapqaraqoyunlu kəndində qarşıladı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir “Son zəng”i Goranboyun Tapqaraqoyunlu kəndində qarşıladı - FOTO

Qafar Ağayev13:01 - 14 / 06 / 2021
Nazir “Son zəng”i Goranboyun Tapqaraqoyunlu kəndində qarşıladı - FOTO

"Bu gün “Son zəng”i Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbində qarşılayırıq”.

1news.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev öz “Facebook” hesabında yazıb.

Nazir əlavə edib:

“1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanı, məktəbin məzunu, şəhid Niyazi Aslanovun adını daşıyan məktəb hər iki Qarabağ müharibəsi zamanı daim atəşə məruz qalıb. Neçə-neçə uğurlu məzun yetişdirən bu məktəbi daha 21 şagird bitirir. Məzunlarımız “Son zəng”i Qələbə sevinci ilə yola salırlar”.

Paylaş:
533

Son xəbərlər

Bütün xəbərlər