DİM abituriyentlərə müraciət etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM abituriyentlərə müraciət etdi

13:52 - 14 / 06 / 2021
DİM abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlərə müraciət edib.

1news.az bildirir ki, ali təhsil müəssisələrinin Bakıda fəaliyyət göstərən Dizayn (14), Dekorativ sənət (15), Məşqçilik (61), Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi (62) komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər öz səhifələrinə daxil olub "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap etməlidirlər.

İmtahana buraxılış vərəqəsi iyunun 11-dən etibarən abituriyentlərin qeydiyyatdan keçdikləri səhifəyə yerləşdirilib.

1news.az

Paylaş:
269

Son xəbərlər

Bütün xəbərlər