Bərdə və Tərtərdə narkotik plantasiyaları aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdə və Tərtərdə narkotik plantasiyaları aşkarlanıb

Qafar Ağayev15:07 - 14 / 06 / 2021
Bərdə və Tərtərdə narkotik plantasiyaları aşkarlanıb

Bərdə və Tərtərdə narkotik plantiyasiyaları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Bərdə və Tərtər Rayon Polis Şöbələrinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Tədbirlər zamanı Bərdə rayonun Lənbəran kəndi ərazisində çəkisi 5 ton 150 kiloqram olan 25000 ədəd, Tərtər rayonunun Xoruzlu kəndində isə çəkisi 2 ton 100 kiloqram olan 4230 ədəd yabanı halda bitmiş çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

Paylaş:
418

Son xəbərlər

Bütün xəbərlər