Monteneqro və Azərbaycan arasında turizm əlaqələri müzakirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Monteneqro və Azərbaycan arasında turizm əlaqələri müzakirə olunub

Qafar Ağayev17:47 - 14 / 06 / 2021
Monteneqro və Azərbaycan arasında turizm əlaqələri müzakirə olunub

Azərbaycan və Monteneqro arasındakı turizm əlaqələri, inkişaf perspektivləri, pandemiya dövründə turizm sahəsi üzrə görülən işlər və təcrübə mübadiləsi məsələləri iyunun 14-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Monteneqronun Azərbaycandakı qeyri-rezident səfiri Perişa Kastratoviç arasında müzakirə olunub.

1news.az xəbər verir ki, Monteneqro nümayəndə heyətinin tərkibində Monteneqronun Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Zeljko Raduloviç və Monteneqronun Azərbaycandakı Fəxri Konsulu Vüqar Əliyev təmsil olunublar.

Görüşdə Agentlik sədri qeyd edib ki, işğaldan azad olunmuş Qarabağ bölgəsi yeni turizm destinasiyası olaraq inkişaf etdiriləcək.

Səfir Perişa Kastratoviç ölkəsinin viza rejimini sadələşdirməsi prosesindən və bunun nəticəsində Azərbaycan vətəndaşlarının Monteneqroya səfəri zamanı viza almaq öhdəliyindən azad olunmasının üstünlüklərindən bəhs edib.

Görüş zamanı pandemiyadan sonrakı dövrdə turizmin bərpası istiqamətində planlaşdırılan addımlar haqqında da qarşılıqlı fikir mübadiləsi aparılıb.

Paylaş:
437

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər