Regionlarda aztəminatlı və digər həssas kateqoriyalara aid ailələrdən olan uşaqlar arasında onkoloji müayinələr aparılır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Regionlarda aztəminatlı və digər həssas kateqoriyalara aid ailələrdən olan uşaqlar arasında onkoloji müayinələr aparılır - FOTO

20:12 - 14 / 06 / 2021
Regionlarda aztəminatlı və digər həssas kateqoriyalara aid ailələrdən olan uşaqlar arasında onkoloji müayinələr aparılır - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə regionlarda aztəminatlı və digər həssas kateqoriyalara aid ailələrdən olan uşaqlar arasında onkoloji müayinələrə start verilib.

Məqsəd uşaqlarda onkoloji xəstəlik əlamətlərini erkən yaşlardan aşkarlamaq və vaxtında müvafiq müalicə tədbirləri həyata keçirməkdir.

7-12 iyun tarixlərində Ağdam, Bərdə və Tərtər rayonlarında start verilən müayinələr zamanı Milli Onkologiya Mərkəzinin peşəkar həkim heyəti tərəfindən müxtəlif yaş qrupundan olan, ümumilikdə 1200-dən çox uşaq ödənişsiz tibbi müayinələrə cəlb edilib. Aparılan müayinələr zamanı, həmçinin digər patologiya aşkar olunan xəstələrin ixtisaslaşmış tibb müəssislərinə müraciət etməsi tövsiyə edilib, yerində məsləhətlər verilib.

RİİB-in könüllüləri uşaqların müayinələrə cəlb edilməsi, mövcud karantin rejiminin tələblərinə uyğun növbələrin tənzimlənməsi və əhalinin tibbi maarifləndirilməsi tədbirlərinə dəstək veriblər.

Səyyar müayinələrin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “Regional İnkişaf" İctimai Birliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə paytaxt və regionlarda mütəmadi olaraq ödənişsiz tibbi müayinə və müalicələr aparılır, tibbi maarifləndirilmə istiqamətində müxtəlif tədbirlər həyata keçirilir, eləcə də elmi-praktiki konfranslar, simpoziumlar təşkil edilir.

Paylaş:
295

Son xəbərlər

Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21
Bütün xəbərlər