Bakıda sərxoş sürücü otelin qarşısında 4 nəfəri öldürdü - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sərxoş sürücü otelin qarşısında 4 nəfəri öldürdü - FOTO

09:10 - 14 / 06 / 2021
Bakıda sərxoş sürücü otelin qarşısında 4 nəfəri öldürdü - FOTO

Novxanı-Sumqayıt yolunda "Range-Rover" qəza törədib.

1news.az APA-ya istinadən bildirir ki, "Spring" otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı "Range-Rover" markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra "Damas" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən "Damas"da olan 3 nəfər ölüb.

Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun sərxoş olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
349

Son xəbərlər

Bütün xəbərlər