“İş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması” mövzusunda təlim keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“İş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması” mövzusunda təlim keçirilib - FOTO

11:43 - 15 / 06 / 2021
“İş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması” mövzusunda təlim keçirilib - FOTO

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin rəhbərliyi ilə "İş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması" və "Komandanın idarə edilməsi" mövzusunda təlim baş tutub.

1news.az xəbər verir ki, təlim zamanı ekspert Elmar Nurəliyev mövzu ilə bağlı ətraflı danışaraq iştirakçıların suallarını tam əhatə edib. İş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması üçün lazım olan texniki və nəzəri biliklər dinləyicilərin nəzərinə çatdırılıb. Daha sonra təlimə dəvət olunan Mədəniyyət Nazirliyinin İxtisasartırma Mərkəzinin sektor müdiri, DİM-in imtahan rəhbəri Aydın Tağıyev iştirakçılara "Komandanın idarə edilməsi" mövzusunda informasiya verib. Təlimin xüsusi dinləyicisi "A-Sera MMC" şirkətinin təchizat müdiri Elşən Qəhəmanov olub. Sonda təlimdə iştirak edənlərə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, "Elmar Security" MMC tərəfindən təşkil etdiyi təlimlər hər həftə keçirilir. Təşkil edilən təlimlər həm fərdi, həm də korporativ müştərilər üçün nəzərdə tutulur. Seminar və təlimlərdə iştirak edən şəxslərin müxtəlif şirkətlərə, idarə və müəssisələr peşəkar işçi kimi işlə təmin edilməsinə köməklik göstərilir. İştirak edənlər texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, elektron informasiya təhlükəsizliyi, sanitar-gigyenik normalar, ilkin tibbi yardım, komanda ilə iş və motivasiya mövzularında təlimlərə qoşula bilərlər. Təlimdə iştirak edənlərə sertifikatlar təqdim edildi.

Xatırladaq ki, iş yerində təhlükəsizlik əmək sisteminin yaradılması üzrə seminar və təlimlərdə bütün sahələrdə çalışan işçilər iştirak edə bilərlər.

1news.az

Paylaş:
662

Son xəbərlər

ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıbBu gün, 12:37Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47
Bütün xəbərlər