Türkiyəyə göndərilən daha 4 qazimiz sağalaraq geri dönüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyəyə göndərilən daha 4 qazimiz sağalaraq geri dönüb - FOTO

Qafar Ağayev12:22 - 16 / 06 / 2021
Türkiyəyə göndərilən daha 4 qazimiz sağalaraq geri dönüb - FOTO

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb.

Fondddan 1news.az-a verilən məlumata görə, Məmmədzadə Arif Mahir oğlu, İbrahimov Kamran Ceyhun oğlu, Bayramov Rahul Mərdan oğlu və İslamov Vüsal İslam oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 61 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Allah qazilərimizə şəfa versin!

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Paylaş:
408

Son xəbərlər

Silk Way Group COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib12 / 11 / 2024, 18:40Mehriban Əliyeva COP29-un Liderlər Sammiti ilə bağlı paylaşım edib12 / 11 / 2024, 18:02Azərbaycan Prezidenti Çexiyanın Baş naziri ilə görüşüb12 / 11 / 2024, 17:43Emin Ağalarov: “Bakıda keçirilən COP29 yeni imkanlar yaradır” - MÜSAHİBƏ12 / 11 / 2024, 17:27Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğan ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 17:25Alparslan Bayraktar: “Türkiyə, külək və günəş enerjisində quraşdırılmış gücünü 4 dəfə artırmağı hədəfləyir”12 / 11 / 2024, 17:14Azərbaycan və Polşa Prezidentləri arasında görüş keçirilib - FOTO12 / 11 / 2024, 17:06Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib12 / 11 / 2024, 16:59Dövlət Başçısı İordaniya Haşimilər Krallığının Vəliəhdi ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 16:59Prezidentin ailəsi COP29-da - FOTO12 / 11 / 2024, 16:45ADY sərnişinlərə müraciət edib12 / 11 / 2024, 16:37Əksər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 11 / 2024, 16:21Prezident İspaniya Krallığı Hökumətinin Sədri ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 16:08İlham Əliyev Qana Prezidenti ilə görüşüb12 / 11 / 2024, 15:44Əmtəə bazarlarında qızıl və gümüş cüzi bahalaşıb12 / 11 / 2024, 15:22İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb12 / 11 / 2024, 14:34XİN Konstitusiya Günü münasibətilə paylaşım edib12 / 11 / 2024, 14:16Əli Əsədov İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə söhbət edib12 / 11 / 2024, 14:01Baş nazir Əli Əsədov İraqın Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb12 / 11 / 2024, 13:41İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı Azərbaycana qarşı ittihamlardan danışıb12 / 11 / 2024, 13:23
Bütün xəbərlər