Laçında yol qəzasında ölən hərbçilərə şəhid statusu veriləcək - DSX | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçında yol qəzasında ölən hərbçilərə şəhid statusu veriləcək - DSX

13:47 - 17 / 06 / 2021
Laçında yol qəzasında ölən hərbçilərə şəhid statusu veriləcək - DSX

Dövlət Sərhəd Xidmətinin (DSX) yol qəzasında ölən hərbi qulluqçularına şəhid statusu veriləcək.

1news.az xəbər verir ki, bu barədə DSX-dən məlumat verilib.

Bildirilib ki, qanunvericiliyə əsasən, yol qəzasında ölən hərbi qulluqçularımıza şəhid statusu veriləcək.

Qeyd edək ki, ötən gün saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu dünyasını dəyişib.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.

1news.az

Paylaş:
259

Son xəbərlər

Bütün xəbərlər