Göyçayda çətənə yetişdirənlər saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda çətənə yetişdirənlər saxlanılıb - FOTO

Qafar Ağayev14:38 - 17 / 06 / 2021
Göyçayda çətənə yetişdirənlər saxlanılıb - FOTO

Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Potu kənd sakini Ayaz Ovçiyev saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 11 kiloqramdan artıq olan 12 ədəd çətənə kolu aşkar edilib, onlar qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat zamanı isə şəhər sakini, əvvəllər məhkum olunmuş İxtiyar Məmmədov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən 3 ədəd çətənə bitkisi və çətənə bitkisindən kustar üsulla hazırlanmış 15 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş:
439

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər