Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb

16:14 - 17 / 06 / 2021
Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb

2020-2021-ci tədris ili üzrə Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən 6500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb.

1news.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin 2020-2021-ci tədris ili əlaqədar hesabatında bildirilib. Qeyd edilib ki, tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Türkmənistan, Hindistan, Pakistan və digər ölkələri təmsil edir.

1news.az

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər