AQTA reyd keçirdi: 12 obyekt cərimələndi - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTA reyd keçirdi: 12 obyekt cərimələndi - SİYAHI

Qafar Ağayev17:41 - 17 / 06 / 2021
AQTA reyd keçirdi: 12 obyekt cərimələndi - SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 421 ictimai iaşə obyektində 746 monitorinq keçirib.

Qurumdan 1news.az-a verilən məlumata görə, monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu‎, T.Xəlilbəyli 3 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Ağaverdi Adil oğluna məxsus “Mado Yapon” restoranı;

2. Bakı şəhəri, Səbail‎ rayonu‎, İstiqlaliyyət 51 ünvanında yerləşən, hüquqi şəxs "Fbco" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Gloria Jeans Coffee” kafesi;

3. Bakı şəhəri, Xəzər rayonu, Şağan ŞTQ, ev 25‎ ünvanında yerləşən, fiziki şəxs Nəcəfov İlqar Tofiq oğluna məxsus “Xan Çinar” kafesi;

4. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 49Q, m 59 ünvanında yerləşən, fiziki şəxs Kazımova Könül Əliağa qızına məxsus kafe;

5. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 162 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus “Pakdad” restoranı;

6. Bakı şəhəri, Nəsimi ‎rayonu, Vurğun 25 ünvanında yerləşən, fiziki şəxs “Beat Restaurants" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Yüngül cinayətlər” restoranı;

7. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr, 556/557 məhəlləsində yerləşən, fiziki şəxs Keklik Emin Mehmet oğluna məxsus “Böyük Fırat” restoranı;

8. Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədov 117‎ ünvanında yerləşən, fiziki şəxs Əliyev Elvin Elçin oğluna məxsus restoran;

9. Bakı şəhəri, Nərimanov ‎rayonu, Heydər Əliyev 103 C, m 2 ünvanında yerləşən, fiziki şəxs Yahyayev Şaiq Faiq oğluna məxsus “İcon Karoke” kafesi;

10. Quba rayonu, H.Əliyev prospektində yerləşən, fiziki şəxs Rzayev Xoşbəxt Zeynalabdin oğluna məxsus restoran;

11. Gəncə şəhəri, H.Əliyev pr. 363 ünvanında yerləşən, fiziki şəxs İsmayılova Elnurə Asim qızına məxsus kafe;

12. İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunda yerləşən, fiziki şəxs Mirzəyev Tahirmirzə İsmət oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə müvafiq tədbirlər görüləcəkdir.

Paylaş:
449

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər