Sabah Bakıda avtobuslar işləyəcək? - BNA-dan açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Bakıda avtobuslar işləyəcək? - BNA-dan açıqlama

Qafar Ağayev13:01 - 18 / 06 / 2021
Sabah Bakıda avtobuslar işləyəcək? - BNA-dan açıqlama

Şənbə günü Bakıda sərnişin marşrutları fəaliyyətini yenidən dayandıracaq.

Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Əvvəlcədən də məlumat verildiyi kimi 20 iyun bazar günü olmasına baxmyaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.

Paylaş:
444

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər