Tələbələrə verilən kreditlərin faiz dərəcəsi çox aşağı olacaq - Nazir
"Təhsil Tələbə Kredit Fondu tərəfindən veriləcək kreditlərdə faizlər çox aşağı dərəcədə olacaq".
1news.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib:
"Fondun məqsədi odur ki, daha çox insan, o cümlədən sosial qrupa aid olan ailələrdən insanlar ali təhsil almaq imkanı əldə etsin".
Nazir bildirib ki, sosial həssas ailələrdən olan tələbələrə verilən kreditlərin faiz dərəcəsi çox aşağı simvolik rəqəmlərlə 1-2 faiz olacaq. Öz hesabına təhsil alan tələbələr üçün is standart paket tətbiq olunacaq və onun da faiz dərəcəsi müəyyən olunacaq. Kreditin müddəti müzakiə olunub təsdiq olunmalıdır, ancaq təxminən 20 il ərzində tələbə həmin vəsaiti geri ödəyəcək".
394