Füzulidə yol qəzası: Ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzulidə yol qəzası: Ölən və yaralananlar var

15:30 - 19 / 06 / 2021
Füzulidə yol qəzası: Ölən və yaralananlar var

Füzulidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, rayonun Qayıdış-1 qəsəbəsi ərazisində Böyük Bəhmənli kənd sakini Asim Hüseynovun idarə etdiyi “QAZel”, Beyləqan rayon sakinləri C.Camalovun idarə etdiyi “VAZ-21154” və V.Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində A.Hüseynov və sərnişini Səxavət Səfixanov hadisə yerində ölüb, digər sürücülər və 4 sərnişin xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Paylaş:
472

Son xəbərlər

Bütün xəbərlər